27 oktyabr 2025 03:00
113

Tovuzda kafedə bıçaqlanma baş verib

Tovuzda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

AZƏRTAC