27 oktyabr 2025 10:50
107

"Report" İnformasiya Agentliyi 11 yaşında!

Bu gün "Report" İnformasiya Agentliyi 11 yaşını qeyd edir.

“İki sahil” xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan "Report" İnformasiya Agentliyi (İA) son 11 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

2014-cü ildə fəaliyyətə başlayan və hazırda "Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İA Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

“İki sahil”in kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!