27 oktyabr 2025 11:53
94

DSMF: Doqquz ayda 203 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 203 min 558 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə "İki sahil"ə fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bunlardan 188 min 348-i rəsmi məktub və telefon zəngi, 15 min 210-u isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.