28 oktyabr 2025 12:33
126

Premyer Liqa klubunda yeni müqavilə

“Aston Villa” futbolçusu Metti Keş ilə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Polşalı müdafiəçi ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Metti 2020-ci ildən “Aston Villa”da çıxış edir. Bu müddətdə o, 193 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə edib.