28 oktyabr 2025 23:23
101

Bakıda taxtalar yığılan ərazidə yanğın söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində, havanın küləkli olmasına baxmayaraq yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən qarşısı alınıb.

Yanğın nəticəsində həyətyanı ərazidə 500 kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.