29 oktyabr 2025 19:31
121

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava açıqlanıb.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz və Gəncədə 20, Mingəçevirdə 19, Şəki və Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.