 
                    “Yolu keçməzdən əvvəl bir an dayan – düşün, özünün və başqalarının həyatını riskə atma”
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara çağırış edib.
İdarədən “İki sahil”ə daxil olan müraciətdə qeyd edilir:
Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır.
Təəssüf ki, bəzən piyadalar yaxınlıqda keçid olduğu halda, müəyyən edilməmiş yerlərdən yolu keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Bir anlıq tələskənlik və ya diqqətsizlik çox zaman geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.
Unutmayaq ki, piyada keçidləri, işıqforlar və yol nişanları insan həyatını qorumaq üçün var. Onlara əməl etmək yalnız qanunun tələbi deyil, həm də öz həyatımıza və ətrafımızdakılara göstərdiyimiz dəyərin göstəricisidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hər kəsi məsuliyyətli olmağa çağırır:
- Yalnız müəyyən olunmuş keçidlərdən istifadə edin;
- Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl hər iki istiqamətə baxın;
- Ehtiyatı əldən verməyin.
Unutmayın – təhlükəsizliyiniz sizin davranışınızdan asılıdır!
 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb 
                                 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib