Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu günkü plenar iclasda çıxış edib.
"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə, sədr bildirib.
Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib