 
                    Bu, diplomatik korpusun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Qarabağ və Şərqi Zəngəzur bölgələrinə artıq 20-ci səfəridir.
“İki sahil” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələri aparılan bərpa və quruculuq işləri ilə, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və burada həyatın canlanması ilə yerində tanış olurlar.
Hikmət Hacıyev bildirib ki, bu səfər əsnasında əcnəbi diplomatlar Cəbrayıl və Zəngilan regionlarında aparılan yenidənqurma işləri ilə tanış olublar: “Bununla yanaşı, diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə də yerində tanış olublar və brifinqləri dinləyiblər. Bu baxımdan səfər diplomatik korpusun və onların təmsil etdikləri ölkələrin mövqeyi üçün əhəmiyyətlidir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir: “Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ-la ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir”.
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb