Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Baku TV"yə müsahibəsində deyib.
H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyi ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir:
"ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb. Aidiyyəti qrup Azərbaycanda da mövcuddur. Azərbaycanın müvafiq təklifləri ABŞ-yə təqdim olunub. Anlaşma memorandumunda qeyd olunduğu kimi, ABŞ ilə Azərbaycan arasında enerji, nəqliyyat, süni intellekt, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər sahələri özündə ehtiva edən strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir".
O, həmçinin bildirib ki, Azərbaycan Prezidentinin İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı üçün rəsmi dəvət məktubu hələ daxil olmayıb: "İkincisi, biz hazırkı şəraitdə düşünmürük ki, Azərbaycanda ali səviyyədə bu tədbirdə iştirak həyata keçirilmiş olsun".
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib