03 noyabr 2025 01:02
134

Hələlik ən çox qol vuran futbolçu odur

2025-ci ildə beynəlxalq turnirlərdə ən çox qol vuran futbolçu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland birincidir.

O, bu mövsüm beynəlxalq matçlarda 23 qol vurub. Forvard 10 dəfə klub forması ilə, 13 dəfə isə yığmada rəqib qapılarına yol tapıb.

İkinci "Bavariya"da çıxış edən İngiltərə millisinin hücumçusu Harri Keyn yer alıb. Təcrübəli oyunçu beynəlxalq qarşılaşmalarda 21 qolun (klubda 14, yığmada 7) müəllifi olub.