Populyar analitik media layihəsi "Caliber" auditoriyasının çoxsaylı xahişlərinə cavab olaraq videosüjetlərini Azərbaycan dilində də yayımlamağa başlayıb.
“İki sahil” xəbər verir ki, bu qərar kanalın əhatə dairəsini genişləndirmək və azərbaycandilli izləyicilərin ehtiyaclarını ödəmək məqsədi daşıyır.
"Caliber"dən verilən məlumata görə, uzun müddətdir ki, Azərbaycan dilində kontentə dair sorğular daxil olur. Hazırkı sınaqların nəticələrinə əsasən, layihə rəhbərliyi Azərbaycan dilində yayımların müntəzəm olub-olmayacağına qərar verəcək.
Test dövrü uğurlu olarsa, izləyicilər gələn həftədən etibarən "Caliber"in kontentini ana dilində izləyə biləcəklər.
Kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş qızlar arasında voleybol yarışı keçirilib