03 noyabr 2025 10:59
112

Dənizdə itkin düşmüş həkimin müəmmalı taleyi - VİDEO

Gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanov təxminən 37 gündür ki itkin düşüb. Onun ailəsi sentyabrın 27-dən bəri ondan xəbər ala bilmir.

“İki sahil” xəbər verir ki,  Tural Sultanovun anası Aygün Sultanova oğlunun iyulun sonunda işə getdiyini və avqustun sonunda evə dönməli olduğunu söyləyib. Lakin, avqustun 17-də oğlunun gəmidə olduğu, ad gününü gəmidə qeyd etdiyi bildirilib:

"Bir ay orada olurdu, bir ay evdə olurdu. Sentyabrda dedim, Tural, nə vaxt gəlirsən? Dedi ki, yəqin ki, oktyabra qədər qalacağam".

Aygün Sultanova oğlunun uzun müddət gəmidə saxlanmasını və bu müddətdə baş vermiş hadisələrin müzakirə edilməməsini ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, gəminin içindəki kameraların görüntülərinin göstərilmədiyini və oğlunun itkin düşdüyü hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini bildirib.

Ətraflı Baku TV-nin süjetində: