İngiltərə millisinin sabiq futbolçusu Aleks Oksleyd-Çemberlen "Arsenal" komandasının məşqlərinə qatılır.
“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi klubun U-21 komandası ilə birgə çalışmalarını davam etdirir.
Hazırda 32 yaşlı futbolçu karyerasının növbəti mərhələsi barədə düşünür.
Oksleyd-Çemberlen 2017-ci ildə ölkəsində "Liverpul"a keçməzdən əvvəl "Arsenal"ın heyətində təxminən 200 oyun keçirib. O, yayda "Beşiktaş"dan (Türkiyə) ayrıldıqdan sonra azad agent statusundadır.
Çemberlen digər ölkələrdən gələn bir neçə təklifi rədd edib. Futbolçu İngiltərədə qalmağa üstünlük verir.
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin matç təqvimində dəyişiklik edilib