"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.
"İki sahil" səhmdar cəmiyyətinə istindən xəbər verir ki, sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı Metropolitenində 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.
Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.
Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar.
WUF13-ə hazırlıq: sabah nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi keçiriləcək
Nazirlik tərəfindən göstərilən xidmətlərin 52-dən çoxu proaktiv qaydada təqdim olunur
Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib - EKSKLÜZİV