Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə iki gün əvvəl Vatikanda Papa ilə görüş zamanı Azərbaycanın qazandığı qələbədən danışdığını deyib.
“İki sahil” xəbər verir ki, şeyxülislam bundan Qafqaz Müsəlmanları İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvləri və qazilərlə görüş zamanı söhbət açıb.
“Azərbaycan 44 günlük müharibə dövründə elə qəhrəmanlıq göstərdi ki, bu gün dünya onu öyrənmək istəyir. Bu qələbənin hər bir nailiyyəti sizin zəhmətiniz sayəsindədir. Biz şəhidlərimizə və qazilərimizə borcluyuq, onları heç vaxt yaddan çıxarmamalıyıq. Siz bizim canlı qəhrəmanımızsınız. Allah Azərbaycan uğrunda şəhid olanlara rəhmət eləsin. Siz bizə imkan yaratmısınız ki, məscidlərdən donuzları və digər heyvanları qovub azan səsini ucaldaq. Bu gün həmin məscidlərin minarələrindən azan səsləri gəlir. Bu sizin sayənizdədir”, – şeyxülislam vurğulayıb.
                                
                                    
                                    
                                
                                
                                
                                    “Mən bu ömrü elə belə yaşadım” –  ADPU-da professor Mahirə Hüseynovanın 65 illik yubileyi
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb