04 noyabr 2025 13:28
80

4 min 748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Bu barədə "İki sahil"ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən noyabrın 3-dək olan dövr ərzində respublika üzrə 4 min 748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinqlər zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.