04 noyabr 2025 14:47
110

Maştağa və Albalılıqda işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "İki sahil"ə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.