Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşması nəticəsində yola yağ və yanacağın dağılması barədə məlumat daxil olub.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
WUF13-ə hazırlıq: sabah nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi keçiriləcək
Nazirlik tərəfindən göstərilən xidmətlərin 52-dən çoxu proaktiv qaydada təqdim olunur
Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib - EKSKLÜZİV