Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha iki oyun baş tutacaq.
“İki sahil” xəbər verir ki, əvvəlcə "Quba" "Sərhədçi" ilə üz-üzə gələcək.
B qrupunun qarşılaşması Quba Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək. "Quba" 7 xalla 4-cü pillədə qərarlaşıb. 6 xala malik "Sərhədçi" isə beşinci yerdədir.
B qrupunun digər görüşü "Naxçıvan" və "Ordu" arasında keçiriləcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Ordu" 10 xalla qrup lideridir. 9 xala malik "Naxçıvan" isə ikincidir.
Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.