Malayziyada paytaxt Kuala-Lumpur şəhərinin bələdiyyəsi 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycanla həmrəylik nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, Kuala-Lumpur şəhər bələdiyyəsinin inzibati binasının möhtəşəm “MENARA-1” qülləsi üzərindəki rəqəmsal ekranda nəhəng Azərbaycan bayrağı proyeksiya edilib. Şanlı üçrəngli bayrağımızın fonunda “Zəfər Günün mübarək, Azərbaycan” sözləri yazılıb.
“MENARA-1” qülləsinin ekranının hündürlüyü 90 metrdən yüksək olmaqla, Malayziyanın ən böyük rəqəmsal nümayiş məkanı hesab olunur.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib