ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət vətəndaşlara adambaşına azı 2 min dollar məbləğində dividend ödəməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Vaşinqtonun digər ölkələrin məhsullarına tətbiq etdiyi tariflər ABŞ-a əhəmiyyətli maliyyə vəsaitləri cəlb etməyə imkan verib. "Biz trilyonlarla dollar əldə edirik və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq", – deyə Tramp qeyd edib.
"Adambaşına azı 2 min dollar məbləğində dividend (yüksək gəlirli şəxslər istisna olmaqla) hamıya ödəniləcək", – deyə o əlavə edib. Tramp bu planla bağlı əlavə təfərrüatları açıqlamayıb.
"Axios": ABŞ Senatındakı demokratlar qrupu şatdaunun sonlandırılmasına yardım etməyə hazırdırlar
BBC-nin baş direktoru Trampın çıxışının saxtalaşdırılması ilə bağlı xəbərlərdən sonra istefa verib
Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir