Almaniyanın kimya sənayesi son 30 ildə ən zəif sifariş portfelini qeydə alıb.
“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, İfo İnstitutunun apardığı sorğunun nəticələrinə əsasən, oktyabrda sektorda ümumi vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib və biznes mühiti barometri mənfi 19,4 bəndə düşüb. Sentyabrda bu göstərici mənfi 12 bənd səviyyəsində olub. Sifarişlərin qiymətləndirilməsi isə mənfi 68,9 bəndlə son 30 ildən də artıq dövrün ən aşağı həddinə çatıb.
Rəqabət qabiliyyətinin azalması, yüksək xərclər və aşağı satış qiymətləri fonunda zəif sifarişlərin müəssisələri investisiyaları azaltmağa və işçi sayını ixtisar etməyə məcbur edir. Federal hökumətin yüngülləşdirmə tədbirləri hazırkı iqtisadi şəraitdə vəziyyəti dəyişmək üçün kifayət etmir.
Məlumata əsasən, gələcək aylara dair biznes gözləntiləri də mənfi istiqamətdə dəyişib. Göstərici sentyabrda mənfi 3,7 bənd olduğu halda, oktyabrda mənfi 13,3 bəndə düşüb. Şirkətlər, həmçinin xarici rəqabətin artması səbəbindən qiymətlərini endirməyə məcbur qalıb. Sifarişlərin ümumi vəziyyəti zəif olaraq qalır və şirkətlər xaricdən də yeni impulslar gözləmirlər.
İfo İnstitutunun məlumatına görə, kimya sənayesində istehsal gücündən istifadə səviyyəsi 71 faizə enib ki, bu da son on ilin 81 faizlik orta göstəricisindən xeyli aşağıdır.
Dünyanın ən uzun məsafəli uçuşu üçün hazırlanmış Airbus “A350-1000ULR” təqdim olunub