Nyu-York Ticarət Birjasında (NYMEX) və "Comex" birjasında (NYMEX-in bölməsi) qiymətli metallar - platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 2,16 faizdən 3,67 faizə qədər artım göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, NYMEX-də 2025-ci ilin dekabr ayında çatdırılma üçün palladium fyuçerslərinin qiyməti troy unsiyası üçün 1444 dollar (+2.91%), 2026-cı ilin yanvar ayında çatdırılma üçün platin fyuçersləri isə 3.11 faiz artaraq troy unsiyası üçün 1597,3 dollara çatıb.
Eyni zamanda, "Comex2 birjasında 2025-ci ilin dekabr ayında çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4105 dollar (+2,37%), gümüş fyuçersləri isə troy unsiyası üçün 49,82 dollar (+3,48%) təşkil edib.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb