Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 111,547 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 14,384 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.
10 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % artaraq 6,114 milyard ABŞ dollarına çatıb, oktyabrda isə 6,1 % artaraq 667 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 648 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,1 % çox), Böyük Britaniya 445 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,3 % çox) və İtaliya 303 milyon ABŞ dolları (15,1 % çox) həyata keçirib.