11 noyabr 2025 21:09
77

Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapılıb

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

Nazir həmçinin təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.