Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Britaniyanın baş nazirinin müşavir olan Conatan Pauell ilə söhbəti maraqsız olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onlar 2025-ci ilin əvvəlində telefonla danışıblar.
Lakin bu barədə ilk dəfə 12 noyabrda "Financial Times" qəzeti xəbər yayıb.
Yuri Uşakov jurnalistlərə bildirib ki, o, sadəcə Londonun rəsmi mövqeyini bildirib, amma bu, o qədər də maraqlı deyildi: "Adətən, potensial təklifləri, mülahizələri və sair məsələləri müzakirə etmək üçün qapalı telefon danışıqlarından istifadə olunur. Sadəcə mövqe bildirmək o qədər də maraqlı deyil. Məsələnin niyə indi ortaya çıxdığını belə başa düşmürəm".