12 noyabr 2025 18:24
94

Aktauda Rusiya Baş Konsulluğu yaradılır

Dövlət başçıları Vladimir Putin və Qasım-Jomart Tokayev arasında Moskvada aparılan danışıqlardan sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Aktauda Rusiya Baş Konsulluğunun yaradılması ilə bağlı nota mübadiləsi aparıblar.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Putin və Tokayev arasında danışıqlardan sonra birgə sənədlərin imzalanma mərasimi baş tutub.

Putin və Tokayev həmçinin münasibətlərini yeni səviyyəyə qaldırmaq barədə bəyannamə imzalayıblar.

Bundan əlavə, Putin texniki mütəxəssislərin hazırlanması üçün Qazaxıstanla birgə təhsil proqramının yaradılmasını nəzərdən keçirməyi təklif edib.