12 noyabr 2025 21:59
98

Almaniyanın müdafiə nazirindən müharibə AÇIQLAMASI

Bundesverin 70-ci ildönümündə Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın müharibə etməmək vədini xatırladıb.

“İki sahil” xəbər verir ki, bu barədə  RİA Novosti məlumat yayıb.

"1955-ci ilin noyabrı: ilk əsgərlər Bonnda and içirlər. Bu, ordumuzun yarandığı andır, vədlə yaradılıb: bir daha heç vaxt müharibə olmayacaq, bir daha heç vaxt alman torpağından müharibə olmayacaq", - deyə, o, qeyd edib.

Pistoriusun sözlərinə görə, Bundesverin məqsədi döyüşməyə məcbur olmamaq üçün döyüşə bilməkdir.