Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında növbəti görüşün konkret nəticələr verməli olduğu barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözləri ABŞ Dövlət Departamentinin veb saytında yer alıb.
Siyasətçi, xüsusən də Ukraynadakı vəziyyətin həlli kontekstində mümkün danışıqların müsbət nəticələnməsinə ümid etdiyini vurğulayıb. "Biz bu müharibənin bitməsini görmək istərdik. Görüş xatirinə görüşməyə davam edə bilmərik", - deyə dövlət katibi Kanadada keçirilən G7 Xarici İşlər Nazirləri Zirvəsindən sonra qeyd edib.