13 noyabr 2025 11:34
98

Uşakov: Görüş Macarıstanda ola bilər

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə nəzərdə tutulan görüş hələ də mümkündür.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Niyə də yox?" -  deyə, Uşakov jurnalistin sammitin keçirilməsi ehtimalı ilə bağlı sualına cavab olaraq bildirib. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların vaxt çərçivəsini dəqiqləşdirməyib.

Donald Tramp və Vladimir Putin oktyabr ayında telefon danışığı zamanı Budapeştdə görüşmək barədə razılığa gəliblər. Bir neçə gün sonra Amerika prezidenti danışıqların ləğv olunduğunu elan edib. Daha sonra o, Rusiyanın Ukraynadakı münaqişəyə son qoymağa hazır olduğunu görmədiyini izah edib.