Bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi qalmaqal olacaq.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" hesabında yazıb.
O qeyd edib ki, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər:
"Əminəm ki, bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi bir qalmaqal olacaq. Ermənistanda revanşist VOMA adlı yarımhərbi qurumunu "müdafiə təşkilatı" kimi tanıtmağın mənası nədir? Görünür, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər, çox qərəzli reportajlar hazırlayır, reallıqdan uzaq bir şəkildə Cənubi Qafqazda yalnız bir neçə marginal səsləri ön plana çıxarırlar".
Azərbaycan-Aİ əməkdaşlığı hər iki tərəfin ortaq maraqlarını əks etdirir - BƏYANAT
Prezident İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı