Polşa ABŞ-ın "Stryker" zirehli personal daşıyıcılarını bağışlamaq təklifini nəzərdən keçirir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu, Ukraynaya BWP-1 və "Rosomak" zirehli personal daşıyıcılarının çatdırılması ilə yaranan avadanlıq çatışmazlığını aradan qaldırmaq üçün nəzərdə tutulub.
Defence24.pl portalına görə, Polşa Silahlı Qüvvələrində hazırda kifayət qədər zirehli personal daşıyıcısı yoxdur, çünki ölkə əvvəllər Ukraynaya "bir neçə yüz" BWP-1 və "Rosomak" zirehli personal daşıyıcısı çatdırıb.
"Bu, ABŞ Silahlı Qüvvələrindən avadanlıqların alınması deyil... Hələlik qərar verilməyib" - portal yazır.
Defence24.pl-ə görə, çatdırılma "Excessive Defense Articles" (EDA) proqramı çərçivəsində həyata keçiriləcək. Polşanın zirehli personal daşıyıcılarının təmiri və ya modifikasiyası ilə bağlı xərclərin bir hissəsini ödəyəcəyi gözlənilir. Bunlar Polşa ordusunda yaranan boşluğu doldurmaq məqsədi daşıyır.