Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşlərini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tbilisidən Türkiyəyə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub.
Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.