Bu gün bizim üçün ən gözəl gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, dövlətimizi qorusun.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Kərəm Əzimov söyləyib.
"Bu gözəl gündə doğma yurdumuza geri qayıdırıq. Mən 14 yaşımda buradan çıxmışdım, bu gün 47 yaşımda geri qayıdıram. Allah bizə daha gözəl günlər nəsib etsin,” – deyə o qeyd edib.
Məcburi köçkün keçmiş günləri necə xatırladığını bildirib:
“Bu ağrı və o günlərin xatirəsi ölənə qədər bizimlə qalacaq. Hər şey gözümün qabağında baş verib”.
O, əlavə edib ki, bu qayıdış həm onların özləri, həm də dünyasını dəyişən yaxınları üçün böyük sevincdir.
Ötən gün ailələrinin itkin kimi axtarışa verdiyi 7 nəfər tapılaraq təhvil verilib
DGK: Qara bazarda dəyəri 90 milyon ABŞ dollarından artıq olan heroin aşkar edilib