15 noyabr 2025 18:07
94

SEPAH: "Talara" gəmisində icazəsiz yük olub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əcman (BƏƏ) limanından Sinqapura icazəsiz yük aparan "Talara" gəmisini ələ keçirdiyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"SEPAH-ın Hərbi Dəniz Qüvvələri cümə günü səhər Marşal adalarının bayrağı altında üzən "Talara" tankerini yoxlama aparmaq və pozuntuları aradan qaldırmaq üçün İran limanına müşayiət etmək barədə məhkəmə sərəncamı alıb.

Tankerin göyərtəsində 30 min ton neft-kimya məhsulu var.

Məlumata görə, yoxlama nəticəsində gəminin göyərtəsində icazəsiz yükün olduğunu məlum olub.