16 noyabr 2025 15:58
116

APA-nın 21 yaşı tamam olur

“Azəri-Press” Agentliyinin (APA) yaranmasından 21 il keçir.

“İki sahil” xəbər verir ki, agentlik Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

Qeyd edək ki, APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. “APA-Economics”in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır.

"İki sahil"in kollektivi APA-da çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!