16 noyabr 2025 22:51
100

Millimiz Fransa yığması ilə qarşılaşıb

Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.

İki sahil”in məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız Fransa yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarış rəqibin 1-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuynun 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açsa da 17-ci dəqiqədə Mateta bərabərlik qolunu vurub. 30-cu dəqiqədə Akliuş qonaqları hesabda önə çıxarıb. 45-ci dəqiqədə isə Türam son nöqtəni qoyub – 1-3.

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

16 noyabr

21:00. Azərbaycan 1–3 Fransa

Qollar: Renat Dadaşov, 4 - Mateta, 17. Akliuş, 30. Türam, 45.

Baş hakim: Andris Treymanis (Latviya).

Tofiq Bəhramov adına Respublika stadionu.

Məhərrəm Ağalaroğlu, “İki sahil”