Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.
Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.
"Report"