Mədəniyyət Nazirliyinin təşkil etdiyi rəsmi tədbirlərdə, konsert proqramlarında çıxış edən ifaçıların seçimi tədbirin formatına, konsepsiyasına, habelə ifaçının repertuar məzmunun bu formata uyğunluğuna əsasən aparılır və müvafiq ekspert qrupunun qərarı ilə təsdiq edilir.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən "Report"un son günlər sosial mediada bəzi sənətçilərin nazirliyin tədbirlərinə dəvət almadıqları barədə müraciətləri barədə sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, incəsənət nümayəndələrinin dövlət tədbirlərində iştirakına şərait yaradılmaması Nazirliyin fəaliyyətinin 2004-2022-ci il dönəmlərini əhatə edib.
"Buna baxmayaraq, ötən il müəyyən qüvvələr tərəfindən bir daha aktuallaşdırılıb, Nazirlik tərəfindən bu iddialara baxılmış və xidməti yoxlama aparılıb. Araşdırma nəticəsində konkret şəxslərin qanunsuz əməllərini sübuta yetirən faktlar və sübutlar təqdim edilməyib. Bu isə səsləndirilən iddiaların əsassız olduğunu bir daha təsdiqləyir".