18 noyabr 2025 09:28
85

Avropa çempionatı: Azərbaycanın basketbol millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

“İki sahil” xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.