19 noyabr 2025 11:27
131

İşğaldan azad edilən ərazilərdə görülən işlərə dair videoçarx hazırlanıb

İşğaldan azad edilən ərazilərdə 5 il ərzində (2020-2025) görülən işlərə dair videoçarx hazırlanıb.

“İki sahil” xəbər verir ki, videoçarxda bildirilir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir.

Qeyd olunub ki, həyata keçirilən genişmiqyaslı layihələr regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib. Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.