19 noyabr 2025 13:11
83

İrəvan tezliklə Türkiyə-Ermənistan sərhədinin açılacağını gözləyir

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşmasında irəliləyişin olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, Sarkis Xandanyan bu barədə ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında deyib.

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyimi ifadə edirəm”, - deyə o bildirib.

Komitə sədrinin sözlərinə görə, hazırda davam edən konstruktiv və fəal siyasi dialoq tezliklə iki ölkə arasında münasibətlərin institutlaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcəyinə ümid yaradır.

Sarkis Xandanyan, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu bəyan edib.