Rusiya müharibənin 1366-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 97 515 PUA-sı, 637 zenit-raket kompleksi, 26 134 tank və digər zirehli texnikası, 1 618 reaktiv yaylım atəş sistemi, 31 426 artilleriya və minaatanı, 47 170 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.