Bakıda restoranda dörd nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən bir restoranda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq "qafqazinfo" saytı məlumat yayıb.