21 noyabr 2025 14:40
140

Tokayev: Qazaxıstan Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini alqışlayır

Hazırkı mürəkkəb geosiyasi şəraitdə ABŞ Prezidenti Donald Trampın Ukraynada vəziyyətin nizamlanmasına dair səylərini, həmçinin onun təqdim etdiyi planı dəstəkləyirəm.

“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi birgə mətbuat brifinqində bildirib.

O, həmçinin qeyd edib ki, Qazaxıstan Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini alqışlayır.