Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Zərdab rayonunun Çallı kəndində “Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı heyvanlarında xüsusi təhlükəli xəstəliklərin, o cümlədən dabaq xəstəliyinin erkən aşkarlanması və profilaktik tədbirlərin düzgün və vaxtında icrası ilə bağlı əhali arasında məlumatlılığı artırmaqdır.
Görüş zamanı iştirakçılara dabaq və digər yoluxucu xəstəliklərin epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, yayılma yolları, həmçinin profilaktik peyvəndləmə və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Kənd sakinlərinə təsərrüfatlarda sanitar-gigiyenik qaydalara riayət olunması, heyvanların baytar nəzarəti altında saxlanılması və xəstəlik şübhəsi yarandıqda operativ şəkildə müvafiq qurumlara müraciət edilməsi ilə bağlı tövsiyələr təqdim edilib.
Tədbir çərçivəsində sakinlərin sualları cavablandırılıb, xüsusi təhlükəli xəstəliklərə dair məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb. İştirakçılar səpkidə maarifləndirici görüşlərin davamlı keçirilməsinin epizootik sabitliyin qorunmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb
AXA əməkdaşları qəhvəyi mərmər bağacığına qarşı 28 rayonda monitorinqlər aparıb
Azərbaycanla Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib