Türkiyədə 54 şagird qidadan zəhərlənib.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər.
Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.
Şagirdlər xəstəxanaya yerləşdiriblər, onlara müvafiq yardım göstərilib. Hadisələrlə bağlı araşdırma başladılıb.
Almaniya Kansleri: Müharibə yalnız Ukraynanın və Avropanın razılığı ilə başa çata bilər
“Bloomberg”: ABŞ-ın əsas rəsmiləri sona qədər Ukrayna planından xəbərsiz idilər