ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, bu itki əsasən “Trump Media & Technology Group” şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Sentyabr ayında şirkətin bir səhmi təxminən 17 dollara satılırdısa, hazırda onu 10,30 dollara almaq mümkündür.
Amerika lideri “Forbes” milyarderlər siyahısında hazırda 595-ci yeri tutur. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onun dünyanın ən varlı şəxsləri arasında 201-ci pillədə qərarlaşdığını bildirmişdi.