Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması bütün region üçün, o cümlədən nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni perspektivlər açır.
“İki sahil” xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bunu jurnalistin Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanın Orta Dəhlizdəki mövqeyini itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında bildirib.
O, Zəngəzur dəhlizinin tikintisi təşəbbüsünü alqışlayıb. Qeyd edib ki, bu, bütün regiona fayda verəcək: "Bu, həm rəqabətin inkişafı, həm də yük daşınması üçün şəraitin yaxşılaşdırılması üçün vacibdir. Bu, özlüyündə regional sabitliyin bir siqnalıdır və region iqtisadiyyatına investisiyaların artımına və genişlənməsinə kömək edəcək", - o deyib.
Şalva Papuaşvili: Orta Dəhliz Cənubi Qafqaz regionunda investisiyaları artıracaq
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın əsas mövqelərinə zərbələr endirib